Amerikalı milyarder tələbələrin 40 milyon dollarlıq kredit borcunu ödədi

MARAQLI 01 iyn 2019, 22:40

Amerikalı milyarder və investor Robert F. Smith 2019-cu il məzunu tələbələrin 40 milyon dollarlıq kredit borclarını ödəyəcək. O, həmçinin "Morehouse College"ə 1,5 milyon dollar maliyyə yardımı edib.


Demokrat.az facemark.az-a istinadən bildirir ki, investor bu haqda "Morehouse College"in tələbələrinin məzun günündə çıxışı zamanı bildirib.


"Xahiş edirəm ayağa qalxın, arxanıza çevrilin, dizi dəstəkləyən ailənizi alqışlayın. Onlar burada olmağınızın səbəbidir", - deyə o çıxışı zamanı deyib.


Milyarderin bunun qarşılığında yeni nəsildən istədiyi yeganə istək onların da özlərindən sonrakı nəsillərə yardım etməsidir. O müjdə xəbəri isə belə verib:


"Bu ölkədə yaşayan 8 nəsil adına, sizin avtobusunuza bir az benzin qoyacağıq. Bu mənim sinfimdir və və mənim sinfim bunun qarşılığını verəcək".


Amerikanın Mərkəzi Bankı bildirib ki, bu ilin mart ayına Amerikalıların 1 trilyon 598 milyard dollarlıq tələbə kredit borcu var.


Qeyd edək ki, ABŞ-da pulsuz universitet təhsili olmadığına görə, tələbələrin böyük bir qismi yüksək təhsil haqlarını ödəmək üçün kredit çəkmək məcburiyyətində qalır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top