“Snayperlər Paşinyanı vursun!” — Baş redaktor da ÇAĞIRIŞ ETDİ

GÜNDƏM 01 iyn 2019, 16:41

“Deputat Aydın Mirzəzadənin Paşinyanı snayperlə vurmağa çağırış etmədiyi barədə düzəliş xarakterli açıqlaması gözümə dəydi. Aydın müəllim onun MM-də çıxışının təhrif edildiyini yazıb. Mən onun düzəlişini səmimi qəbul etdim”.


Demokrat.az xəbər verir ki, bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev deyib. 


O, bildirib ki, Ermənistanın baş nazirinin Azərbaycan torpaqlarında nə işi var ki, snayperler də onu vursun: 


“Əgər Paşinyan Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonun ərazisində görünsə, istedadlı snayperlərimizdən xahiş edirəm ki, onu tərəddüd etmədən vursunlar. Torpaqlarımıza xoş niyyətlə gələni vurmaq olmaz. Ancaq Paşinyan və Ermənistanın vətəndaşı olan hər bir kəs xoş niyətdə olsalar, oğru kimi işğaldakı torpaqlarımıza yox, mərdanə şəkildə və qanuni yolla Bakıya gələrlər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top