Polis Dənizkənarı Milli Parkda itən azyaşlını tapdı — FOTOLAR

HADİSƏ 01 iyn 2019, 18:26

Dənizkənarı Milli Parkda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə azyaşlı bir uşaq valideynlərinin nəzarətindən yayınaraq itib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, bu ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini çəkib. 


Səbail Rayon Polis İdarəsi əməkdaşları dərhal azyaşlını sakitləşdirərək valideynlərini tapmaq üçün müvafiq tədbirlərə başlayıb.


Polis əməkdaşı qısa vaxtda azyaşlının valideynlərini taparaq uşağı onlara təhvil verib.


Valideynlər bu xeyirxah polis əməkdaşı ilə foto çəkərək bizə göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top