İlham Əliyev uşaqlarla bağlı sərəncam imzaladı

SOSİAL 01 iyn 2019, 14:44

Prezident İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, müvafiq sərəncamı AZƏRATC dərc edib.


Sənədə əsasən, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top