“Rolls Royce” bir məndə olub, bir də Ronaldoda” - Cavanşir Məmmədov (VİDEO)

ŞOU-BİZNES 01 iyn 2019, 14:02

Əməkdar artist Cavanşir Məmmədov illər öncə aldığı, bir milyon dəyərinin olduğu deyilən “Rolls Royce” avtomobilindən söz açıb.

 

Axşam.az xəbər verir ki, o, “Show news” verilişində maşınının qiymətinə görə tənqid edildiyini deyib:

 

“Qoy birdəfəlik qulaqlarını açıb, eşitsinlər. Sonra bir daha danışmasınlar. Dünya şou-biznesində “Rolls Royce” sürən mən olmuşam. Bir də futbolçu Kriştiano Ronaldonun bu maşından olub. Nəyim var idi, toplayıb, o maşını aldım ki, qoy, musiqimin, sənətimin hörmətini erməni də, düşmən xalqlar da qansın. Görsünlər ki, bu maşın bizim sənətkarda var. Bunu şişirtdilər. Dedilər ki, bir milyon vermisən. Bir milyonu verəndə yanımda idiniz? Bəlkə onun içərisinə bir milyon da qoyub, mənə bağışlayıblar? Bu avtomobilin işlənmişi yarımmilyondur. Güllə-borana hazırdılar ki, sürüsünlər. Sürüyə bilməzsiniz, sürünərsiniz. Çünki əvvəldən bünövrəmiz düz olub. Adam görmədiyi şey haqqında danışmaz. Biz ayağımızı atanda əvvəl onun altına baxıb, sonra atmışıq. Özünüzü yığışdırın! Lazım olsa, arxivdə elə şeylər var ki, onlar açılsa, sizin üçün çətin olar. Sakit yerinizdə oturun, hər kəs öz yerini bilsin!”.

Image result for cavanşir məmmədov rolls roys

Related image

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top