Nazirlər Kabineti su, qaz və işıqla bağlı yeni tələbləri təsdiqlədi

SOSİAL 01 iyn 2019, 11:13

Azərbaycanın şəhər və rayonlarında inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanları (sərbəst gücləri) əks etdirilən məlumatları internet saytlarında yerləşdirməyən mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin əməkdaşları inzibati məsuliyyətə cəlb ediləcək.

 

Demokrat.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.

 

Qaydaya əsasən, təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar. Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Energetika Nazirliyi tərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər. Təchizat müəssisələri 30 iş günü müddətində məlumatların internet saytlarına yerləşdirilməsi və ya yenilənməsi, habelə təyin edilən məsul şəxslərin intizam məsuliyyətinə cəlb olunması barədə Nazirliyə məlumat verməlidirlər. 

 

 

Demokrat.Az 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top