“Neftçi” və “Səbail”in Avropa Liqasında bütün potensial rəqibləri məlumdur

İDMAN 31 may 2019, 22:33

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" və "Səbail"in bütün potensial rəqibləri müəyyənləşib.

 

Demokrat.Az  Sportal.az-a istinadən xəbər verir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan klublarının səpələnmişlər səbətində yer alacaq və səpələnməmişlərdən biri ilə üz-üzə gələcək. Səpələnməmişlər səbətinin 40 iştirakçısı isə dəqiqləşib. Onlara ilkin mərhələdən daha 7 komanda qoşulacaq.

 

Bu səbətdə yer alanlardan ikisi Ermənistan klubu olduğu üçün onlar Azərbaycan təsmilçiləri üçün mümkün rəqib hesab edilmir. Çünki UEFA-nın qərarına əsasən, siyasi səbəblərə görə bu iki ölkənin komandaları üz-üzə gələ bilməz.

 

"Neftçi" və "Səbail"in mümkün rəqibləri:

"Universitatea Krayova" (Rumıniya), "Dunayska Ştreda", "Rujomberok" (hər ikisi Slovakiya), "B-36 Torsxavn" (Farer adaları), "Çixura", "Torpedo" (hər ikisi Gürcüstan), "Mura" (Sloveniya), "Debretsen", "Honved" (hər ikisi Macarıstan), "Milsami", "Petrokub", "Speranta" (hamısı Moldova), "Trans", "Flora" (hər ikisi Estoniya), "Liepaya", "Riqa" (hər ikisi Latviya), "Qzira Yunayted", "Baltzan", "Hibernians" (hamısı Malta), "Reykyavik", "Breydablik" (hər ikisi İslandiya), "Şemrok Rovers", "Sent-Patriks" (hər ikisi İrlandiya), "Şiroki Briyeq", "Radnik" (hər ikisi Bosniya və Herseqovina), "Konnaxs Kuey" (Uels), "Şkupi", "Akademiya Pandev", "Makedoniya Qörçe Petrov" (Makedoniya), "Kuopio", "Rovaniemi", "İnter" (hamısı Finlandiya), "Ştumbras" (Litva), "Zeta", "Titoqrad" (Çernoqoriya), "Teuta", "Laçi" (hər ikisi Albaniya), "Yenneş" (Lüksemburq), ilkin mərhələnin 7 qalibi.

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top