Sabahdan ov mövsümü açıq elan edilir

SOSİAL 31 may 2019, 20:58

Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü 01 iyun tarixindən etibarən açıq elan edilir.

 

Demokrat.Az trend-ə istinadən xəbər verir ki, ov qaydaları, mövcud tələblər, ovu qadağan olunmuş növlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- Hər il ov mövsümü mayın ayının sonu iyunun əvvəli açıq elan edilir, niyə ov mövsümü məhz bu tarixdə açılır?

 

- Məlumdur ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar.


Qaldı 01 iyun tarixinə, ov mövsümünün başlanması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Koordinasiya Şurası tərəfindən müzakirə edilib və 01 iyun 2019-cu il tarixindən etibarən mövsümün başlanmasına qərar verilib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top