Hulusi Akar: "Türkiyə S-400 hava müdafiə sisteminin tədarükünü təxirə salmağı planlaşdırmır"

DÜNYA 31 may 2019, 20:31

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın tələbi ilə S-400 hava müdafiə sisteminin tədarükünün təxirə salınması məsələsinin Ankarada müzakirə edildiyini rədd edib. 

 

"Türkiyənin ABŞ-ın tələbi ilə S-400 hava müdafiə sistemlərinin çatdırılmasının təxirə salınması ilə bağlı məsələsini nəzərdən keçirdiyinə dair xəbərlər həqiqəti əks etdirmir", deyə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

 

İnterAz "Anadolu"ya istinadla xəbər verir ki, onun sözlərinə görə, S-400 hava müdafiə sisteminə dair müqavilənin həyata keçirilməsi plana uyğun aparılır.

 

"Türkiyənin Rusiyadan S-400 hava müdafiə sisteminin alınması ilə bağlı məsələlərdə Ankaranın işçi qrupu yaratmaq təklifi qüvvədədir", deyə Aksoy bildirib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top