Bakı metrosunda qadın özünü qatarın altına atdı - VİDEO (YENİLƏNİB)

HADİSƏ 31 may 2019, 10:26

Metronun "28 May” stansiyasında intihar hadisəsi baş verib.


 
Demokrat.Az AZXEBER.COM-a istinadla xəbər verir ki, hadisə şahidləri bu barədə məlumat verib.

 

Qatarın gəlişini gözləyən şəxsiyyəti məlum olmayan şəxs özünü relslərin üzərinə atıb. Məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb.


 
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. 

 

Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. Onun sözlərinə görə, həmin şəxs 54 yaşlı Aciyə Əmirovadır və məqsədi elə intihar etmək olub. 

 

"Hadisə qatarların hərəkətində 10 dəqiqəlik dayanmaya səbəb olub və bu vəziyyət saat 09:45-ə qədər davam edib. Hazırda metroda heç bir problem yoxdur və qatarlar normal hərəkət edir", - deyə metro rəsmisi qeyd edib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top