Respublika Yanıq Mərkəzi 5 nömrəli xəstəxanaya birləşdirildi

SOSİAL 30 may 2019, 20:49

Səhiyyə naziri Oqtay Şirəliyev Respublika Yanıq Mərkəzinin 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının şöbəsi kimi fəaliyyət göstərməsi ilə bağlı əmr imzalayıb.

 

Bu barədə ONA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Respublika Yanıq Mərkəzi Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (DHTİ) Plastik və rekonstruktiv cərrahiyyə klinikasının tabeleyində olub. Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, gələn il yanvarın 1-dən etibarən xəstəxanalar icbari tibbi sığorta sisteminə keçəcək. Plastik və rekonstruktiv cərrahiyyə klinikası isə Səhiyyə Nazirliyinin balansında qalacaq: "Respublika Yanıq Mərkəzinin 5 nömrəli xəstəxananın tərkibinə verilməsinin səbəbi yanıqla bağlı müraciət edən xəstələrin də icbari tibbi sığortadan yararlana bilməsidir".

 

Qeyd edək ki, Respublika Yanıq Mərkəzi 2014-cü ildə yaradılmışdı.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top