"Məktəb direktoru hər sinifdən 120 manat pul yığır" — Jurnalistdən ŞOK İDDİA

SOSİAL 30 may 2019, 21:10

"20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova təmir üçün hər sinifdən 120 AZN pul yığır. Bu barədə övladları həmin məktəbdə oxuyan valideynlər deyir. Bundan əlavə məktəbdə son zəng tədbiri üçün 11-ci sinif şagirdlərinin hərəsindən 40 azn yığılır. Deyilənə görə, 11 - lər 5 sinifdir. Nəzərə alsaq ki, hər sinifdə azı 25 şagird var, toplanacaq pulla son zəng tədbiri yox, beynəlxalq yarışlardan birinə ev sahibliyi etmək olar".


Demokrat.az xəbər verir ki, bu barədə tanınmış jurnalist İradə Nurəddinqızı öz facebook səhifəsində məlumat paylaşıb. 


Məlumat üçün bildirək ki, 20 saylı məktəb-lisey yeni tikilib və əsaslı təmir olunub. 

 

Maraqlıdır ki, yeni təmirdən çıxan məktəbin indi harasını təmir edirlər ki, 120 manatdan pul yığırlar?

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top