Əflatun Amaşov: "MŞ-ya şikayətlərin 30 faizi məktəb direktorları və müəllimlər tərəfindən edilir"

SOSİAL 30 may 2019, 13:37

"İl ərzində Mətbuat Şurasına 700-ə yaxın şikayət daxil olur. Bu şikayətlərin 30 faizi məktəblər, məktəb direktorları və müəllimlər tərəfindən edilir. Onların şikayətləri "reket nəşrlər"lə bağlı olur".

 

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimdə çıxışı zamanı deyib.

 

O bildirib ki, bir sıra saytlarda məktəblərlə bağlı xoşagəlməz yazılar yayımlanır: "Həmin saytlarda guya Azərbaycanda müəllimlərin savadsız olması, məktəblərdə rüşvətin tüğyan etməsi barədə yazılar yayımlanmaqdadır. Təəssüf ki, bu sayaq saytların sayı çoxdur".

 

Şura sədri qeyd edib ki, məktəbin əsas missiyası təhsil vermək olmalıdır: "Hətta valideynlər öz missiyalarını məktəblərdən gözləyirlər. Tərbiyə ilk növbə ailədə verilməlidir".

 

Ə. Amaşov onu da vurğulayıb ki, Azərbaycanda jurnalistlərin 60 faizini qadınlar təşkil edir.(Ona.az)

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top