Nazarbayev hamıya orden verdi — Paşinyandan başqa

DÜNYA 29 may 2019, 16:13

Qazaxıstanın paytaxtında Ali Avrasiya İqtisadi Şurasının iclası start götürüb. İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan liderləri iştirak edir.


Demokrat.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, iclas Avrasiya İqtisadi İttifaqının yaradılmasının beş illiyinə təsadüf edir.


İclasın gedişində Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevə Ali Avrasiya İqtisadi Şurasının fəxri sədri adının verilməsi ilə bağlı qərar qəbul olunub.


Bir gün əvvəl Nursultan Nazarbayev Qazaxıstan paytaxtına gəlmiş qonaqlara yubiley münasibətilə öz adını daşıyan ordenlər verib. Məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyandan başqa, hamı ordenlə təltif olunub. Mükafatlandırma ilə bağlı prezident fərmanında onun adı yer almayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top