"Azərbaycan Qarabağı azad etsə, işğalçı olacaq" — Milli Məclisdə qalmaqallı AÇIQLAMA

HADİSƏ 29 may 2019, 13:52

Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirib.


Demokrat.az xəbər verir ki, o, Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb.


Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:


“Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...”.

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top