Bu gün Bakıda UEFA Avropa Liqasının finalıdır - Tarixə baxış

GÜNDƏM 29 may 2019, 10:55

Bu gün Bakı Olimpiya stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. 


Demokrat.Az xəbər verir ki, həlledici görüşdə Londonun iki klubu - "Çelsi" və "Arsenal" üz-üzə gələcək. 


Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və oyunu italiyalı FİFA referisi Canluka Rokki idarə edəcək. 

 

Oyun "Arsenal" üçün daha böyük əhəmiyyət kəsb edir. Belə ki, Premyer Liqanı 5-cı sırada bitirən "topçular" bugünkü matçı qazansa, gələn mövsüm UEFA Çempionlar Liqasına qatılacaq. Bundan savayı, "Arsenal"ın rəqibindən fərqli olaraq, Avrokuboklarda şansı gətirmir. Belə ki, 2000-ci ildə UEFA kubokunun finalında penaltilərlə "Qalatasaray"a  uduzan klub, 2006-cı ildə UEFA Çempionlar Liqasının həlledici görüşündə "Barselona"ya 1:2 hesabı ilə məğlub olmuşdu. Komanda, 1999-cu ilədək mövcud olmuş UEFA Kuboklar Kubokunda üç dəfə final oynasa da, cəmi bir dəfə bu turnirin qalibi kimi tanınır. 1993-1994-cü il mövsümündə İtaliyanın "Parma" klubuna minimal hesabla qalib gələn "topçular", UEFA Kuboklar Kubokunu qazana bilmişdi. 

 

Rəqibindən fərqli olaraq "Çelsi" 2011-2012-ci illər mövsümündə UEFA Çempionlar Liqasının  qalibi olub. Cəmi bir il sonra UEFA Avropa Liqası kubokunu başı üzərinə qaldırıb. Hələ bu yarış UEFA Kuboku adı ilə tanınan zaman 1970–71 və1997–1998-ci illərdə iki dəfə turnirin qalibi adını qazanıb. Lakin bununla belə, "Çelsi" mövsümü titulla bitirmək üçün əla imkan əldə edib və klub bunu dəyərləndirməyin fərqinə varmaqdadır.

 

 

Demokrat.Az

 

 

  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top