Bakıda dördəm dünyaya gəldi

MARAQLI 28 may 2019, 23:12

Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.

 

AZƏRTAC xəbər verir ki, Respublika Günü ərəfəsində dünyaya gələn 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar.

 

Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Gənc valideynlər övladlarının sağ-salamat doğulduqlarına görə çox xoşbəxtdirlər. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

 

Qeyd edək ki, dördəmlər Bakıda “Caspian International” Hospitalda doğulublar.

 

 

Demokrat.Az

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top