Biləsuvarda 60 hektar taxıl sahəsi yandı - FOTOLAR

HADİSƏ 28 may 2019, 22:23

Biləsuvarda 60 hektara yaxın biçilməmiş taxıl sahəsi yanaraq məhv olub.

 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Ağalıkənd kəndinin yaxınlığındakı Şəhriyar düzündə qeydə alınıb.

 

Belə ki, biçilməmiş taxıl sahələri anidən alovlanmağa başlayıb. 

 

Hadisə yerinə FHN-nin Biləsuvar və Cəlilabad yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşınları və canlı qüvvə cəlb edilib.

 

Yanğın söndürülüb və alovun yaxınlıqdakı digər taxıl sahələrinə keçməsinin qarşısı alınıb.

 

Fermerlərin sözlərinə görə, yanğın zamanı 60 hektara yaxın biçilməmiş taxıl sahəsi yanıb.

 

Yanğının yol kənarına yanan siqaretin atılması nəticəsində baş verdiyi iddia olunur.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top