"Siyasi məsələlərdən yox, futboldan danışaq" – “Arsenal”ın futbolçusu

İDMAN 28 may 2019, 21:44

"Bakıya tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq".

 

Bu sözləri "Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka Avropa Liqasının finalında sabah Bakı Olimpiya Stadionunda "Çelsi" ilə keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib.

 

London klubunun erməni futbolçusu Henrix Mxitaryanın paytaxtımıza gəlməməsinə münasibət bildirən isveçrəli futbolçu bunları deyib:

 

"Hesab edirəm ki, biz siyasi məsələlərdən çox danışdıq. Gəlin, indi isə futbol haqda danışaq. Düşünürəm ki, əsas məqsədimiz qələbə qazanmaqdır. Emerinin böyük təcrübəsi var. İsrəyirik ki, qalib gəlməklə onu məmnun edək".

 

Caka Çempionlar Liqasına vəsiqə üçün finalda qalib gəlməyin önəminə də toxunub: "Düşünürəm ki, ÇL-də oynamalıyıq. Amma Premyer Liqada ilk "4-lüy"ə düşə bilmədik. Bu isə yeganə şansdır və ondan maksimum istifadə etmək istəyirik. Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdir".

 

Təcrübəli oyunçu fikirlərini bu sözlərlə tamamlayıb: "Mənimlə birlikdə "Arsenal"da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq".

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top