Zelenski Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa etdi

DÜNYA 28 may 2019, 20:36

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.


ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.


Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ildə Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. M.Saakaşvili ötən həftə V.Zelenskidən vətəndaşlığının bərpasını xahiş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top