Müsavat Partiyası Rəsulzadənin abidəsinin önündə bayram mitinqi keçirdi

HADİSƏ 28 may 2019, 17:15

Respublika Günü münasibətilə Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin abidəsinin önündə bayram mitinqi keçirilib.


M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə mitinqdə çıxış edərək deyib ki, hətta sovet hakimiyyəti AXC-ni və onun qurucularını xalqın yaddaşından silə bilməyib. Azərbaycan xalqı mövcud olduqca AXC yaddaşlarda qalacaq.


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər M.Ə.Rəsulzadə irsinə qısqanclıqla yanaşdığına görə Azərbaycan hakimiyyətini tənqid edib.


"Lakin hakimiyyət Məhəmməd Əmin Rəsulzadənin xidmətlərini nə qədər çox unutdurmağa çalışırsa, xalqın ona olan sevgisi daha çox artır", - İ.Qəmbər qeyd edib.


Müsavat Partiyasının rəhbəri Arif Hacılı AXC banilərinin xatirəsinə yetərincə ehtiram göstərilmədiyinə və demokratik dəyərlərə hörmət edilmədiyinə görə hakimiyyəti tənqid edib.


A.Hacılı deyib ki, hətta bayram günlərində hakimiyyət insan hüquqlarının pozulmasına əl atıb və Müsavat Partiyası Cəlilabad rayon təşkilatından mitinqə gələn 4 fəalı saxlayıb. 


A.Hacılı hakimiyyəti saxlanılanları azad etməyə çağırıb ki, onlar da hər azərbaycanlı üçün dəyərli olan bayramı qeyd edə bilsinlər.(Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top