Deputat iftar süfrəsi açdı — FOTOLAR

MARAQLI 27 may 2019, 13:26

Milli  Məclisin  deputatı  Vahid  Əhmədov  bu  il  də  ənənəsinə  uyğun  olaraq  seçildiyi  Quba  rayonunda  fəaliyyət  göstərən  beş  məscid  və  doğulduğu  Qonaqkənd  qəsəbəsində  müqəddəs  Orucluq  bayramı  münasibəti  ilə  iftar  süfrələri  təşkil  edib. 


Demokrat.az xəbər verir ki, tədbirlərdə  Qarabağ  müharibəsi  iştirakçıları, imkansız  ailələr, ağsaqqallar  və  ictimaiyyət  nümayəndələri  iştirak  ediblər. 


Bütün  iftar  mərasimlərində  dini  icmalarin  rəhbərləri  tərəfindən  Qurani-Kərimdən  ayələr  oxunub, Ramazan  ayının  həmrəylik, dostluq, qardaşlıq, sevgi, ruzi-bərəkət  və  mərhəmət  ayı  olduğu  vurğulanıb.


Ölkəmizdə  sabitlik, davamlı  inkişaf, birlik  və  tolerantlığın  hökm  sürməsinin  ölkə  rəhbərliyinin  müdrik  siyasəti  nətıcəsində  mümkün  olduğu  qeyd  edilib. İftar  süfrələrinin  iştirakçıları  belə  tədbirlərin  təşkil  olunmasında  əməyi  olan  hər  bir  şəxsə  öz  minnətdarlığını  bildiriblər.


Gözəl  ənənəyə  çevrilən  iftar  süfrələrinin  təşkilinin  cəmiyyətimizin  vahidliyinin, ümumi  amallar  naminə  ölkəmizdə  dövlətlə  din  arasında  sıx  birliyin  bariz  nümunəsi  kimi  qiymətləndirilmiş  və  deputatın  Ramazan  bayramı  münasıbəti  ilə  təbriki  bütün  rayon  sakinlərinə  çatdırılıb.      

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top