Braziliyada bir gündə 42 məhkum həyatını itirib

DÜNYA 28 may 2019, 15:31

Braziliyanın Amazonas əyalətinin rəhbərliyi Manaus ştatının paytaxtındakı dörd həbsxanada 42 məhbusun ölümünü bəyan edib.

 

Bu barədə “Globo” portalı məlumat yayıb.

 

Dövlət Penitensiar müəssisələrinin verdiyi məlumata görə, məhbuslar asfiksi xəstəliyindən ölüblər.

 

Daha əvvəl bildirildi ki, Manausdakı cəzaçəkmə müəssisələrinin birində məhbusların kütləvi davası nəticəsində 15 nəfər həlak olub.

 

2017-ci ildə eyni həbsxanada baş verən qiyam nəticəsində 60 nəfər həyatını itirmişdi. (“Report”)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top