Bakıda “Gelandewagen” ağır qəza törətdi — VİDEO

HADİSƏ 28 may 2019, 09:33

Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az ONA-ya istinadən xəbər verir ki, Azadlıq prospektində dairədə  hərəkətdə olan "Mercedes ” markalı minik avtomobili  yol hərəkəti qaydasını pozub. 


Nəticədə, o Azadlıq prospekti ilə hərəkətdə olan  90-KP-804 dövlət nömrə nişanlı "KİA” markalı minik maşınına çırpılıb.


Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.


Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.


Hadisənin dəqiq səbəbləri araşdırılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top