"Cəmiyyətlərin sülhə hazırlanması üçün..." — Elmar Məmmədyarov

SİYASƏT 27 may 2019, 16:58

Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır.


Demokrat.az-ın məlumatına görə, bunu Rusiyada nüfuzlu KİV-lərdən biri sayılan “Kommersant” qəzetinə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.


Müahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb.


Elmar Məmmədyarov hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top