"Arsenal" futbolçuları Bakıda görün nə etmək istəyiblər — Şok təxribatın QARŞISI ALINDI

İDMAN 27 may 2019, 16:33

“Arsenal” klubu futbolçuları Avropa Liqasının Bakı finalı çərçivəsində təxribat törətmək istəyiblər.


Demokrat.az xəbər verir ki, “topçular” Azərbaycana gələ bilməyən erməni komanda yoldaşları Henrix Mxitaryana dəstək göstərmək üçün bir neçə ideya irəli sürüblər.


Əsas müzakirə olunan təklif finalda isinmə hərəkətləri zamanı arxasında Mxitaryanın adının olduğu köynəyin geyinilməsi olub. Lakin UEFA rəsmiləri futbolçuların bu niyyətindən xəbər tutub və təxribatın qarşısını alıblar.


Qeyd edək ki, stadiona daxil olan zaman həm meydanda, həm də meydançadan kənarda geyinilən istənilən idman forması, o cümlədən, futbolçuların isinmə hərəkətləri zamanı geyindiyi çiyinlik əvvəlcədən Avropanın ali futbol qurumu ilə razılaşdırılmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top