Xalq şairi xəstəxanadan evə buraxıldı

SOSİAL 27 may 2019, 11:38

Səhhətində yaranan problemlərə görə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq şairi Musa Yaqub evə buraxılıb.

 

Bunu açıqlamasında Xalq şairinin nəvəsi Nərgiz Gəraylı deyib. 

 

O bildirib ki, hazırda M.Yaqubun səhhəti normaldır: “Dünən narahat olduğu üçün xəstəxanaya aparmalı olduq. Təzyiqi düşmüşdü. Həkimlər yardım göstərdilər və 1-2 saatdan sonra xəstəxanadan çıxdıq. Hazırda evdədir. Damarlarında olan problemlərə görə təzyiqi tez-tez aşağı düşür”.

 

Qeyd edək ki, Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Mayın 26-da şairin səhhətində problem yarandığına görə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.(Report)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top