Bakı Slavyan Universitetinin rektoru özünə superlüks avtomobil aldı - FOTOLAR

GÜNDƏM 27 may 2019, 10:15

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.

 

Demokrat.Az xəbər verir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır. 

 

Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.

 

Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəlditi bildirilir. 

 

Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N. Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.

 

Avtomobilin fotosunu təqdim edirik:

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top