Güclü külək paytaxtdakı ağacları aşırdı - FOTO

HADİSƏ 27 may 2019, 09:53

Bakıda ötən gün əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 5 ağac aşıb.

 

Demokrat.Az  Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov aşma hadisələrinin Bakının Nəsimi, Binəqədi, Suraxanı, Yasamal və Sabuncu rayonlarında qeydə alındığını deyib.

 

O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub.

 

Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da vurğulayıb. 

 

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top