ABŞ-ın qırıcıları İran sərhədlərində göründü - VİDEO

DÜNYA 27 may 2019, 09:30

Amerikanın beşinci nəsil F-35A Lightning II qırıcıları Birləşmiş Ərəb Əmirliklərinin İranla sərhəd Əl-Dafra aviabazasından tam döyüş təchizatı ilə havaya qalxıb. 


Həmin qırıcılar "vəhşi rejimi”ində uçublar. Bu isə o deməkdir ki, silahlar təyyarənin çöl tərəfində yerləşdirilir, nəticədə qırıcıların döyüş imkanları artır, amma radarlara daha tez yaxalanır.


Ekspertlərin fikrincə belə rejim hərbi münaqişələrin müəyyən inkişaf mərhələsində tətbiq olunur. Hansı ki, bu mərhələdə gizlilik artıq mühüm  əhəmiyyət daşımır.

 

Sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən Əl-Dafra aviabazasından havaya qalxan F-35A qırıcılarında lazerlə hədəfə yönəldilən iki GBU-12 aviasiya bombası, habelə iki AIM-9 Sidewinder "hava-hava” raketi görünüb.

 

Əl-Dafra aviabazası Fars körfəzinin sahillərində yerləşir və ABŞ Hərbi Hava Qüvvələrinin 380-ci ekspedisiya eskadrilyası tərəfindən istifadə olunur. Bazanın vəzifələrinə döyüş əməliyyatlarının və kəşfiyyatın aparılmasını təmin etməkdir.


Xatırladaq ki, ABŞ İrana görə Fars körfəzi regionuna təyyarədaşıyan, desant gəmiləri və esminetslər, strateji bombardmançılar və minlərlə əsgər göndərib. (Virtualaz.org)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top