Zaqatalada ildırım evi yandırdı

HADİSƏ 26 may 2019, 23:33

Zaqatalada evə düşən ildırım yanğına səbəb olub.

 

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə,bugün axşam saatlarında rayonun Aşağı Tala kəndində fərdi yaşayış evlərindən birini ildırım vurub.

 

Kənd sakini Ramazan Şabanova məxsus  ikimərtəbəli fərdi yaşayış evini vuran ildırım yanğına səbəb olub.

 

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın nəticəsində xəsarət alan olmayıb.

 

Hazırda Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top