"Barselona" 9 futbolçu ilə yollarını ayırır

İDMAN 26 may 2019, 22:07

İspaniya Kral kubokunun finalında "Valensiya"ya uduzan "Barselona" heyətlə bağlı köklü dəyişikliyə hazırlaşır.

 

Demokrat.Az Qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 9 futbolçu ilə yollarını ayırır. Klub rəhbərliyinin Yasper Silessen, Ceyson Murilya, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filipe Koutinyo və Kevin Prins Boatenqlə vidalaşacağı bildirilir.

 

Bundan başqa, komandanın baş məşqçisi Ernesto Valverdenin də istefaya göndəriləcəyi gözlənilir. İddiaya görə, "Barselona"nın prezidenti Xosep Bartomeu və Lionel Messi ispan mütəxəssisin komandada qalmasını istəmir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top