Elmar Məmmədyarov: “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm”

SİYASƏT 26 may 2019, 19:27

“Ümid edirəm ki, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı anlaşma, müstəqillik və ərazi bütövlüyünə hörmətə əsaslanan əməkdaşlıq gələcəkdə daha da güclənəcək”.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gürcü həmkarı David Zalkalianiyə Müstəqillik günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda bildirilib.

 

E.Məmmədyarov qeyd edib ki, ikitərəfli dostluq münasibətləri və məhsuldar əməkdaşlıq gürcü və Azərbaycan xalqlarının maraq və rifahına xidmət edir.

 

XİN başçısı gürcü xalqına xoşbəxtlik, sülh və tərəqqi arzu edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top