"Arsenal"ın futbolçuları Bakıda belə qarşılandı - VİDEO

İDMAN 26 may 2019, 13:50

 

“Arsenal” klubu Bakıda xoş qarşılandıqları üçün Instagram hesabından təşəkkür edib. 

 

Klubun rəsmi Instagram səhifəsində Bakıdan çəkilən görüntülər paylaşılıb.

 

Nağaranın müşayiəti ilə təyyarədən enən futbolçuların təəccüblü baxışları diqqətdən qaçmayıb. (baku.ws)

 

 

***21:48***

 

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında “Çelsi” ilə qarşılaşmaya çıxacaq “Arsenal” klubunun futbolçuları Bakıya gəlib.

 

Təyyarə Bakı vaxtilə saat 19:45-də Heydər Əliyev Hava Limanına eniş edib.

 

Qeyd edək ki, “Çelsi” - “Arsenal” oyunu mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Rəsmi Bakı "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam təminat versə də futbolçu məsələni şoulaşdıraraq Bakıya gəlməkdən imtina edib.

 

Xatırladaq ki, bunadək erməni idmançılar Bakıda keçirilmiş Avropa oyunları da daxil olaraq müxtəlif yarışlar da iştirak edərək hətta medallar da qazanıblar. Onların burda qaldıqları və yarışa çıxdıqları müddətdə heç bir insident olmayıb. (baku.ws)

 

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top