Ramil Usubov şou-biznes adamları ilə fotosu yayılan rəisi işdən çıxardı - FOTO

SOSİAL 26 may 2019, 09:55

Nərimanov rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

 

Demokrat.Az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi vəzifəsindən azad olunub.

 

İ. Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakının bir neçə rayonunda polis rəisi vəzifəsini tutub.

 

Onun işdən çıxarılması isə gözlənilməzdir. Çünki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi postuna bir il öncə təyin ounmuşdu. Eks-rəisin hansı vəzifəyə gətiriləcəyi hələ bilinmir.

 

Nərimanov rayon Polis İdarəsinin yeni rəisinin kimliyi yaxın günlərdə bilinəcək. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top