Qaxda güclü külək 5 kəndi işıqsız qoydu

HADİSƏ 25 may 2019, 23:14

Qax rayonunda güclü külək irigövdəli ağacları aşırıb.

 

Axşam saatlarında əsən güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini qırıb.

 

Nəticədə rayonun Qorağan, Zəyəm, Lələli, Tasmalı və Turaclı kəndlərində elektrik enerjisi kəsilib.

 

Qax Elektrik Şəbəkədən "Report"a verilən məlumata görə, hazırda əraziyə şəbəkənin əməkdaşları cəlb olunub, fəsadların aradan qaldırılaraq adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsi üçün iş aparılır. (Report)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top