Bakı-Sabunçu qatarının hərəkət cədvəli açıqlandı

SOSİAL 25 may 2019, 20:42

“Azərbaycan Dəmir Yolları” QSC mayın 25-dən başlayaraq mayın 29-na qədər Bakı-Sabunçu-Bakı elektrik qatarının hərəkət cədvəlini açıqlayıb. 

 

Demokrat.Az xəbər verir ki, cədvələ əsasən, Bakıdan Sabunçuya və əks istiqamətdə qatarlar 17 dəqiqəyə hərəkət edəcəklər. 

 

Adi günlərdə hər iki istiqamətdə gündə 10 qatar hərəkət edəcək. Şənbə, bazar və bayram günləri isə qatarların sayı 7-yə enəcək - 6031/6032, 6033/6034, 6039/6040 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. 

 

Mayın 30-dan qatarların yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək. 

 

 

 

Demokrat.Az 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top