İlham Əliyev Salome Zurabişviliyə təbrik məktubu göndərdi

SİYASƏT 25 may 2019, 18:11

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu göndərib.

 

Demokrat.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Hörmətli xanım Prezident,

 

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi məmnunluq doğurur.

 

İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top