Bu ölkə "Eurovision"dan imtina etdi

ŞOU-BİZNES 25 may 2019, 17:49

“Eurovision 2019” mahnı müsabiqəsi bitər bitməz gələn il Niderlandda təşkil olunacaq yarışmada çıxış edəcək 20 ölkənin adı bəlli olub. 

 

Demokrat.Az News24.az-a istinadən xəbər verir ki, Avstriya, Belorusiya, Ermənistan, Belçika, Macarıstan, Danimarka, Litva, Norveç, Portuqaliya, Rumıniya, San-Marino, Serbiya, Ukrayna, Finlandiya, Monteneqro, Çexiya, İsveç, Estoniya, Almaniya, Niderland artıq “Eurovision 2020”yə qatılmaqla bağlı rəsmi müraciət edib. 

 

Azərbaycan da daxil olmaqla “Eurovision 2019”da iştirak edən 18 ölkə isə gələn il mahnı müsabiqəsinə qatılmaqla bağlı hələ cavab verməyib. 

 

Maraqlı məqam isə ondan ibarətdir ki, Qazaxıstanın “Xabar” agentliyi gələn ildən etibarən Avropa Yayım Birliyinə tam üzv olacağını açıqlayıb. Bu isə Qazaxıstanın “Eurovision 2020”də iştirakına şərait yaradır. 

 

Yarışmadan imtina edən ölkə isə Andoradır. Ölkənin RTVA telekanalı mayın 22-si mahnı müsabiqəsində iştirak imtina etdiyini rəsmi olaraq açıqlayıb. Türkiyənin TRT kanalı “Eurovision Asia 2019” yarışmasına təmsilçisini göndərdikdən sonra Niderlandda keçiriləcək “Eurovision 2020” ilə də maraqlandığı deyilir.

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top