Nəqliyyata cavabdeh BNA əməkdaşı özü qaydanı pozur – VİDEO

SOSİAL 25 may 2019, 13:39

Ötən gün Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4-də, Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobilin sürücüsü qayda pozuntusuna yol verib.

 

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, BNA-ya məxsus avtomobil yolda sola dönməyə icazə verilən istiqamətdən düz hərəkət edib.

 

Hadisə səhər saat 09:30-da qeydə alınıb.

 

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, sözügedən qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə tənzimlənir.

 

Beləliklə də, BNA-ya məxsus avtomobil sürücüsünün yol verdiyi qayda pozuntusu həmin maddə ilə 40 AZN cərimə ilə hesablanır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top