Avtomobil sexində heroin qəbul edən ustalar həbs edildi - FOTO

HADİSƏ 25 may 2019, 12:46

İsmayıllı rayonunda avtomobil ustaları emalatxanalarında heroinlə tutulublar.

 

Bu barədə Demokrat.Az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

 

Onların hər ikisi - 44 yaşlı Mehman Mehdiyev və 47 yaşlı Xəyyam Əhmədov əvvəllər də məhkum olunublar.

 

Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır. 

 

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top