Saakaşvili Ukraynaya qayıdacağı günü açıqladı

DÜNYA 25 may 2019, 09:35

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıda bilər.

 

Bu barədə Ukraynanın “UNN” agentliyi məlumat yayıb.

 

Məlumata əsasən, Mixail Saakaşvili yaxın günlərdə Ukraynaya qayıtmağa qərar verib. Onun mayın 29-da Ukraynaya gəlişi gözlənilir.
 

Qeyd edək ki, 2015-ci ilin may ayında Ukrayna vətəndaşlığı alan M.Saakaşvili 2017-ci ilin dekabrında Petro Poroşenkonun göstərişi ilə bu vətəndaşlıqdan məhrum edilib. 12 fevral 2018-ci il tarixdə o, Kiyevdə saxlanılaraq Polşaya göndərilib.

 

Ukraynanın Sərhəd Xidməti Saakaşvilinin ölkəyə qayıtmasına 2021-ci ilə kimi qadağa tətbiq edib. May ayının 22-də Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə məktub yazan M.Saakaşvili yenidən Ukrayna vətəndaşlığı ilə təmin olunması üçün xahiş edib.

 

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top