Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix müəyyənləşdi

SOSİAL 24 may 2019, 21:42

Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlanıb.

 

ONA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Şimali Qafqaz Dəmiryollarının rəisi Vladimir Pyastolovun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Mahaçqala-Bakı sürət qatarının bu ilin payızında istifadəyə verilməsi planlaşdırılır.

 

Mahaçqala-Bakı sərnişin qatarında müasir vaqonlar sərnişinlərin ixtiyarında olacaq. Sürətli sərnişin qatarının axşam saatlarında hərəkətdə olması planlaşdırılır.

 

Mahaçqala-Bakı istiqamətində yeni dəmiryolu xətti ilə bağlı məsələ 2018-ci ilin aprelindən müzakirə olunur.

 

Bundan başqa, Mahaçqala və Bakı arasında birbaşa aviareyslərin açılması da planlaşdırılır.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top