Vitali Kliçko: "Bakıdakı layihələri Kiyevdə tətbiq edirik"

SİYASƏT 24 may 2019, 20:21

"Bakıda həyata keçirilən layihələri öyrənirik və bunu Kiyevdə tətbiq edirik".

 

Demokrat.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kiyev şəhərinin meri Vitali Kliçko deyib.

 

Onun sözlərinə görə, Kiyevdə səfərdə olan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da bu istiqamətdə müzakirələr aparılıb:

 

"Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə, Prezident İlham Əliyevə təşəkkür edirəm. Hər iki ölkənin iş adamlarının qarşılıqlı investisiya yatırımı naminə birgə işləri davam etməkdədir".

 

Kiyev meri onu da əlavə etdi ki, Azərbaycan şirkətləri Ukraynanın ürəyi hesab edilən Kiyevin gözəlləşməsi üçün keyfiyyətli işlər həyata keçirirlər.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top