Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq

SOSİAL 24 may 2019, 18:12

Mayın 25-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə keçirilən konsert Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May – Azərbaycan Demokratik Respublikasının yaradılmasının 101-ci ildönümünə həsr edilir.

 

Konsertdə Sergey Rahmaninovun piano və orkestr üçün 3 nömrəli konserti (piano – İslam Manafov, dirijor – Abuzər Manafzadə), Jud Fridman və Alan Riçin “Run to You”, Rauf Hacıyevin “Azərbaycan” (vocal – Karen Danger-Manafzadə, dirijor – Turan Manafzadə), Abuzər Manafzadənin balaban və simfonik orkestr üçün konsert kimi əsərlər ifa olunacaq.

 

Musiqiçiləri balaban və zərb alətlərində Nicat Məsimov və Mehman Xalıqzadə müşayiət edəcəklər.

 

Tədbir saat 19:00-da başlayacaq.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top