"Vosmoy bazarı"na atıldığı deyilən uşağın valideyni tapıldı

HADİSƏ 24 may 2019, 20:00

Bakının Nizami rayonunda yerləşən, "Vosmoy bazarı" adlanan ərazisində kimsəsiz halda aşkarlanan uşağın valideyni tapılıb.
 

Demokrat.Az xəbər verir ki,Daxili işlər orqanlarından oxu.az-a verilən məlumata görə, müəyyən olunub ki, qadın uşağı atmayıb, sadəcə, itirib.


Uşağın anasının tapılmasında Nizami rayonu Polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları iştirak edib və onlar uşağı anasına təhvil veriblər.


Qeyd edək ki, bəzi yerli saytların məlumatına görə, 4-5 yaşlı oğlan uşağı valideyni tərəfindən el arasında "Vosmoy bazarı" kimi tanınan ərazidə tərk edilib.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top