Bakı metrosunda telefonu tunelə düşən sərnişindən təhlükəli addım

Səhər saatlarında Bakı metrosunun "Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb.

 

Gənc oğlan anidən qatar yoluna düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə,  sərnişin tunelə qatar stansiyaya çatdığı vaxt düşüb. Amma maşinist qatarı platformaya daxil olmamış saxlayıb.

 

Hadisəni Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, sərnişinlərdən birinin telefonu tunelə düşüb:

 

"Sərnişin telefonunu qatar yolundan götürmək üçün ora düşüb. Həmin şəxs qatar yoluna icazəsiz düşdüyü üçün polisə təhvil verilib”.(missiya.az)

 


 

24 May 2019, 11:10   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß