İranda içkidən zəhərlənən 43 nəfərin 6-sı həyatını itirdi

İranın İsfəhan şəhərində saxta içkidən 6 nəfər ölüb.


İsfəhan Tibb Elmləri Universitetinin rektoru Tahire Çengiz bildirib ki, son günlər şəhərdə saxta içkidən 43 nəfər zəhərlənib, onlardan 6-sı dünyasını dəyişib. 


Qeyd edək ki, İranda spirtli içkinin satışı və istehsalı qadağan olunsa da, bu cür içkilər qaçaqmal yoluyla ölkəyə gətirilir və ya bəzi evlərdə, sexlərdə istehsal olunur. Yerli qanunlara görə, spirtli içki istehsal edən, alan və satışını həyata keçirənləri həbs və ya qamçı cəzası gözləyir. (qafqazinfo)

 

 

 

24 May 2019, 00:24   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß