Bulvarda 32 yaşlı qadın özünü dənizə atdı

Bakıda bu saatlarda intihara cəhd hadisəsi qeydə alınıb.


Hadisə Dənizkənarı Milli Parkda baş verib. 

 

32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı özünü dənizə atıb. Qadın çiyin nahiyəsinin əzilməsi və boğulma diaqnozu ilə 1 saylı şəhər Kliniki Tibb Mərkəzinə yerləşdirilib.

 

Hadisə yerində olan FHN əməkdaşları ilə ərazidəki xidmət aparan polislər tərəfindən qadın xilas edilib.  

 

Faktla bağlı araşdırma aparılır. (ONA.AZ)

 

 

24 May 2019, 00:02   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin