Qubada 3 yaşlı uşaq çayda boğularaq ölüb

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Sakinlərin ONA-ya verdiyi xəbərə görə, hadisə rayonun Cimi kəndi ərazisində qeydə alınıb. 3 yaşlı Yusif Abdullayev qohumu və həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayından keçmək istəyiblər. Bu zaman hər ikisi yıxılaraq çaya düşüb. Qızbikə Abdullayeva çaydan çıxarılaraq xilas olunub, Yusif Abdullayev isə boğularaq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

23 May 2019, 16:37   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin